Azərbaycan və Monteneqro arasında Konsulluq Əməkdaşlığı haqqında Memorandum imzalanıb

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Monteneqro Xarici İşlər Nazirliyi arasında Konsulluq İşləri üzrə Əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Memorandumu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Monteneqro Baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviç imzalayıb.

Sənəd konsulluq sahəsində ikitərəfli əməkdaşlığı gücləndirmək və vətəndaşlara göstərilən xidmətləri təkmilləşdirmək məqsədi daşıyır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir