Azərbaycan və Latviya Səhiyyə nazirlikləri arasında imzalanmış Saziş təsdiq edilib

“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Latviya Respublikasının Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.

 

Azinformasiya.az  xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Saziş 2025-ci il dekabrın 4-də Riqa şəhərində imzalanıb.

Səhiyyə Nazirliyinə Fərmanın müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Latviya Respublikası Hökumətinə bildiriş göndərmək tapşırılıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir