Bakıya səfəri çərçivəsində İsrail Dövlətinin Maliyyə Nazirliyində Şimal və Cənubun Bərpasına cavabdeh nazir, eyni zamanda Azərbaycan–İsrail Birgə Komissiyasının həmsədri Zeev Elkin, Azərbaycan Respublikasının İqtisadiyyat naziri və Birgə Komissiyanın digər həmsədri Mikayıl Cabbarov ilə görüş keçirib.
Azinformasiya.az xəbər verir ki, bu barədə İsrail səfirliyi X-də paylaşım edib.
Görüşdə İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Ronen Krausz da iştirak edib.
Tərəflər Azərbaycan–İsrail Birgə Komissiyasının fəaliyyəti, iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişaf perspektivləri və biznes tərəfdaşlığının genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparıblar.
Azinformasiya.az