Fevralın 14-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili arasında telefon danışığı olub.
Bu barədə Azinformasiya.Az-a Nazirlər Kabinetindən məlumat verilib.
Telefon danışığı zamanı Gürcüstanda baş vermiş zəlzələ ilə bağlı narahatçılıq və həmrəylik ifadə edilib.
Eyni zamanda Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin müxtəlif sahələrdə inkişafı yüksək qiymətləndirilib, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.