Tbilisidə rəsmi səfərdə olan xarici işlər naziri Ceyhun Bayramovla həmkarı Maka Boçorişvili arasında ikitərəfli görüş olub.
Azinformasiya.az xəbər verir ki, görüş Gürcüstan XİN-in binasında baş tutub.
Nazirlər bir qədər sonra mətbuata birgə açıqlama ilə çıxış edəcəklər.
Ceyhun Bayramov səfər çərçivəsində Gürcüstan Prezidenti Mixeil Kavelaşvili, Baş nazir İrakli Kobaxidze və parlament sədri Şalva Papuaşvili ilə də görüşəcək.
Nazir həmçinin Tbilisidəki Qəhrəmanlar Meydanı memorialını və Heydər Əliyevin büstünü ziyarət edərək əklil qoyacaq.
Azinformasiya.az