Azərbaycan və Ermənistan XİN rəhbərləri Ceyhun Bayramov və Ararat Mirzoyanın növbəti görüşünün Moskvada keçirilməsi planlaşdırılır.
Azinformasiya.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd olunub ki, görüş Rusiya tərəfinin dəvəti ilə 19 mayda baş tutacaq.
Azinformasiya.az