Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan XİN başçısı Ararat Mirzoyan arasında ikitərəfli görüş başlayır.
Azinformasiya.az xəbər verir ki, görüş ABŞ-ın Arlington şəhərində keçiriləcək.
Qeyd edək ki, mayın 1-də Vaşinqtonda ABŞ dövlət katibi Antoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü baş tutub.
Daha sonra Ceyhun Bayramov və Ararat Mirzoyan ikitərəfli görüş keçiriblər.
Tərəflər Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlı müzakirələr aparır.
Azinformasiya.az