Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ABŞ dövlət katibi Antoni Blinkenin iştirakı ilə keçirilən görüşündə tərəflər mümkün qısa müddət ərzində Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Sazişin yekunlaşdırılması üçün əlavə səylərin göstərilməsi barədə razılığa gəliblər.
Azinformasiya.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.
Qeyd edək ki, görüş BMT Baş Assambleyasının sessiyası çərçivəsində sentyabrın 26-da Nyu-Yorkda baş tutub.
Azinformasiya.az