“Azərbaycanla imzaladığınız Preferensial Ticarət Razılaşması martın 1-dən qüvvəyə minəcək. Razılaşma çərçivəsinin genişləndirilməsi üçün çalışmalara başladıq”.
Azinformasiya.Az xəbər verir ki, bunu Türkiyənin ticarət naziri Ruhsar Pekcan Ankarada keçirilən Türkiyə-Azərbaycan İş Adamları Forumunda deyib.
“Məqsədimiz prezidentlərimizin də qeyd etdiyi kimi, Azərbaycanla 15 milyard dollarlıq ticarət dövriyyəsidir”, – nazir vurğulayıb.