Azərbaycan-Türkiyə media platformasının əhatə dairəsi müəyyənləşib.
Azinformasiya.Az-ın əldə etdiyi məlumata görə, bu barədə “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanun layihəsində bildirilib.
Sənəddə qeyd edilib ki, tərəflər yaradılacaq birgə media platforması çərçivəsində iki ölkə arasında sağlam media əlaqələri şəbəkəsinin infrastrukturunun yaradılması aşağıdakı üsullarla həyata keçiriləcək:
A. Media sahəsində bilik, təcrübə və mənbələrin paylaşılması;
B. İki ölkənin media sahəsində fəaliyyət göstərən rəsmi qurumları ilə birgə işlərin aparılması;
C. Beynəlxalq arenada rast gəlinən dezinformasiyaya qarşı birgə mübarizə aparılması və dünya ictimaiyyətinin düzgün məlumatlandırılması;
D. Televiziya və kino sahəsində ortaq işlərin həyata keçirilməsi;
E. Müxtəlif media və sektor təmsilçiləri ilə tərəfdaşlığın qurulması;
F. Peşə təhsili və mübadilə proqramlarının təşkil edilməsi;
G. İki ölkənin fikir öndərləri arasında rabitə körpüsünün qurulması.
Sənəd Milli Məclisin İnsan hüquqları komitəsinin yanvarın 19-da keçiriləcək komitə iclasında müzakirə ediləcək.