Azərbaycan Silahlı Qüvvələrinin daha 6 hərbçisi şəhid olub, şəhidlərin sayı 77-yə çatıb

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin daha 6 hərbi qulluqçusu şəhid olub.

Bu barədə Azinformasiya.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bununla da, erməni təxribatlarının qarşısını alarkən şəhidlik zirvəsinə ucalan hərbi qulluqçuların sayı 77-yə çatıb.

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir