Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Faiq Quliyev Gürcüstanın ədliyyə naziri Paata Salia ilə görüşüb.
Azinformasiya.az xəbər verir ki, bu barədə Gürcüstanın Ədliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüşdə tərəflər iki ölkənin səlahiyyətli qurumları arasında ədliyyə sahəsində sıx və səmərəli əməkdaşlığı, birgə fəaliyyətləri müzakirə ediblər.
Görüşdə ədliyyə nazirinin müavini Beka Dzamaşvili və Azərbaycan Respublikası səfirliyinin birinci katibi Seymur İlyaslı da iştirak ediblər.
Azinformasiya.az