Noyabrın 14-15-də Dərbənd şəhərində Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının 12-ci iclası keçirilib.
Bu barədə Azinformasiya.Az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
İclasda Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının 2022-ci il üzrə planlaşdırılan bütün tədbirlərinin uğurla yerinə yetirildiyi bəyan edilib, Azərbaycan və Rusiya arasında dövlət sərhədinin beynəlxalq hüquqi rəsmiləşdirilməsi üzrə işlər barədə müzakirə aparılıb, habelə Komissiyanın 2023-cü il üçün iş planına baxılıb və təsdiq edilib.
Görüş qarşılıqlı anlaşma və konstruktiv dialoq ruhunda keçirilib.
Birgə Komissiyanın növbəti iclasının keçirilmə məkanı və tarixləri diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.