Azərbaycan Prezidentinin köməkçisi ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin nümayəndəsi ilə görüşüb

ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin Avropa Avrasiya Regional Mərkəzinin rəhbəri Patrik Prior Bakıya səfəri çərçivəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi X sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.

Qeyd edilib ki, görüşdə ABŞ-Azərbaycan münasibətləri və təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə edilib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir