Azərbaycan Prezidenti: Avropa İnstitutları ilə əməkdaşlığımız uğurla inkişaf edir

Eyni zamanda, Avropa İnstitutları ilə əməkdaşlığımız uğurla inkişaf edir. Avropa İttifaqının bir neçə üzvü ilə Azərbaycan strateji tərəfddaşlıq haqqında bəyannamə imzalayıb. Bu onu nümayiş etdirir ki, bizim xarici siyasətimiz açıqdır, əməkdaşlığa yönəlib və daha geniş regional inkişafa xidmət edir.

 

Azinformasiya.az xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxışında deyib.

Azərbaycanın iki mühüm beynəlxalq təsisatın İƏT-in və Avropa Şurasının üzvü olduğunu xatırladan dövlət başçısı vurğulayıb:

“Azərbaycan azsaylı ölkələrdən biridir ki, hər iki təssiatın üzvüdür. Bu iki vacib təşkilat 100-dən artıq ölkəni birləşdirir”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir