Azərbaycan polisinə qalxan əllər bağışlanmamalıdır.
Xəbər verdiyimiz kimi, 24 iyun tarixində Xəzər rayonunun Şüvəlan qəsəbəsində hazırda axtarışda olan 1986-cı il təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu ov tüfəngindən atəş açaraq polis əməkdaşları, polis kapitanı Eldəniz Məmmədov, polis serjantları Mahir Ağayev və Mirəli Heydərovu qətlə yetirib.
Polis əməkdaşlarına qarşı edilən bu qətli, bu hərəkəti şiddətlə qınayırıq. Azərbaycan polisinə qalxan əllər bağışlanmamalıdır. Bu tip cinayətkarlar cəmiyyətdən ömürlük təcrid olunmalıdır, onlara ömürlük cəza verilməlidir.
Azərbaycan polisi ən xırda bir hörmətsizliyə layiq olmadığı kimi belə bir cinayətə qurban getməyə heç bir şəkildə layiq deyil.
Azərbaycan polisinin yüksək şərəf və ləyaqəti Azərbaycan Respublikasının Ümummilli lideri Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən də hər zaman vurğulanmışdır. Belə ki, onlar hər bir Azərbaycan vətəndaşının Azərbaycan polisinə yüksək hörmət və ehtiramla yanaşmalı olduğunu qeyd etmişdirlər.
Bir daha qeyd edirik ki, bu cür cinayətkarlar bağışlanmamalı və onlara ömürlük cəza verilməlidir. Çünki Azərbaycan polisinə qarşı olan cinayətlər qəbul edilməzdir.
Azinformasiya.az