Azərbaycan ordusunun Xocalı, Xocavənd, Daşkəsən və Kəlbəcərdəki mövqeləri atəşə tutulub

Martın 15-i saat saat 00:10-dan 02:30-dək Ordumuzun mövqeləri atəşə tutulub.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda Ermənistan silahlı qüvvələrinin bölmələrinin Basarkeçər rayonunun Əzizli və Qaraiman istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yuxarı Ayrım və Daşkəsən rayonunun Astaf yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutduğu qeyd olunub.

Həmçinin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocalı və Xocavənd rayonları istiqamətlərində yerləşən mövqeləri də fasilələrlə atəşə tutulub.

Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

 

Azinformasiya.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir