Azərbaycan-NATO tərəfdaşlığı Sülh Naminə Tərəfdaşlıq çərçivə sənədinə uyğun tərəqqi edib

Azərbaycan-NATO tərəfdaşlığı Sülh Naminə Tərəfdaşlıq çərçivə sənədinin məqsəd və prinsiplərinə uyğun tərəqqi əldə edib.

 

Azinformasiya.az xəbər verir ki, Azərbaycanın NATO-dakı missiyasının “Tvitter” paylaşımında belə qeyd edilib:

“Bundan 29 il öncə Ümummilli lider Heydər Əliyev Sülh Naminə Tərəfdaşlıq çərçivə sənədini imzalayaraq Azərbaycan və NATO arasında qarşılıqlı faydalı tərəfdaşlığın əsasını qoyub. Keçən üç onillik ərzində Azərbaycan-NATO tərəfdaşlığı Sülh Naminə Tərəfdaşlıq çərçivə sənədinin məqsəd və prinsiplərinə uyğun nəzərəçarpan tərəqqi əldə edib”, – deyə paylaşımda bildirilib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir