Azərbaycan MN Ermənistanın yaydığı videoya münasibət bildirib: Uğursuz təxribatlarını ört-basdır etmək istəyirlər

Ermənistan Müdafiə Nazirliyi uğursuz təxribatını ört-basdır etmək məqsədilə yaydığı videomaterialda əks olunan görüntülərin, o cümlədən avtomobil texnikasının baş vermiş insidentlə heç bir əlaqəsi yoxdur.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi polkovnik Anar Eyvazovun Ermənistan Müdafiə Nazirliyinin yaydığı videomateriala münasibətdə bildirilib.

Qeyd edilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılan erməni diversant hərbi qulluqçularımızın köməyi ilə dərhal UAZ- 390945 markalı avtomobil vasitəsilə yaxınlıqdakı hərbi tibb müəssisəsinə təxliyə edilib.

“Qarşı tərəf bu cür dezinformasiya xarakterli məlumat yaymaqla öz çirkin əməllərinə don geyindirməyə və bununla da ictimaiyyətdə yanlış fikir formalaşdırmağa çalışır”, – o vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir