Bildiyiniz kimi, İran Prezidenti, xarici işlər naziri və digər rəsmi şəxslər helikopter qəzasında həlak olub. Faciə ilə əlaqədar İran xalqına, həlak olanların onların ailə üzvlərinə başsağlığı veririk. Təklif edirəm ki, onların xatirəsini 1 dəqiqəlik sükutla yad edək.
Azinformasiya.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.
Təklif qəbul edilib.
Azərbaycan Milli Məclisi helikopter qəzasında həlak olan İran Prezidenti və digər şəxslərin xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Qeyd edək ki, mayın 19-da helikopterin İran ərazisində qəzaya uğraması nəticəsində Prezident İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və daha bir neçə rəsmi şəxs həlak olub.
Qəzanın səbəbləri araşdırılır.
Azinformasiya.az