Azərbaycan, Ermənistan, Almaniya, Fransa və Aİ liderləri yenə görüşəcəklər

Bu il oktyabrın 5-də İspaniyada keçiriləcək 3-cü Avropa Siyasi Birliyi sammiti çərçivəsində Azərbaycan, Ermənistan, Almaniya, Fransa və Aİ liderlərinin daha bir beştərəfli görüşü keçiriləcək.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Kişineuda keçirilən beştərəfli görüşdən sonra bildirib.

“Prezident Əliyev və Baş nazir Paşinyanı, Kansler Şolts və Prezident Makronu İspaniyada keçiriləcək növbəti Avropa Siyasi Birliyi sammiti çərçivəsində bir daha dəvət etmək niyətindəyik”, – Şarl Mişel diqqətə çatdırıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir