Prezident İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti To Lama təbrik məktubu ünvanlayıb.
Azinformasiya.az xəbər verir ki, məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Vyetnam Sosialist Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Azərbaycan ilə Vyetnam arasında dostluq və əməkdaşlıq əlaqələri xoş ənənələrə malikdir. Biz sağlam təməllər üzərində qurulmuş bu münasibətlərin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk.
İnanıram ki, Azərbaycan-Vyetnam əlaqələrinin dost xalqlarımızın mənafeləri naminə daha da genişləndirilməsi, istər ikitərəfli qaydada, istərsə də çoxtərəfli müstəvidə qarşılıqlı hörmət və dəstəyə əsaslanan əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi yolunda birgə səylər göstərəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Vyetnam xalqının rifahı naminə qarşıdakı ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm”.
Azinformasiya.az