Azərbaycan-Çin hərbi-texniki əməkdaşlığı müzakirə olunub

Çin Xalq Respublikasının paytaxtında 11-ci Pekin Syanşan Forumu keçirilib. Azərbaycan Respublikasının müdafiə nazirinin müavini – Baş direktor Aqil Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti forumda iştirak etmək üçün Çinə işgüzar səfər edib.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə MN-dən bildirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyində Ulu Öndər Heydər Əliyevin büstü ziyarət olunub, önünə gül dəstələri düzülərək xatirəsi dərin hörmət və ehtiramla yad edilib. Sonra Azərbaycan nümayəndə heyəti 11-ci Pekin Syanşan Forumunda iştirak edib.

A.Qurbanov dünyanın 100-dən çox ölkəsinin nazir və digər səviyyədə rəsmiləri, region və beynəlxalq təşkilatlardan rəsmi nümayəndə heyətlərinin iştirak etdiyi forum zamanı Çin Xalq Respublikasının milli müdafiə naziri admiral Donq Jun ilə görüşüb. Baş direktor foruma dəvətə görə minnətdarlığını bildirib.
Çinə işgüzar səfər çərçivəsində baş direktor, həmçinin Mərkəzi Hərbi Şuranın Silah, Hərbi Texnika və Texnologiya üzrə Əməkdaşlıq İdarə rəisi və Dövlət Müdafiə Sənayesi Kompleksinə daxil olan bir sıra şirkətləri ilə görüş keçirib. Görüş zamanı iki ölkə arasında hərbi-texniki əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir