Azərbaycan XİN Hindistana təyyarə qəzası ilə bağlı başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Hindistana təyyarə qəzası ilə bağlı başsağlığı verib.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib.

“Hindistanın Əhmədabad şəhərində baş vermiş faciəvi təyyarə qəzası bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı veririk. Qarşıdakı günlərdə güc və səbr diləyirik”, – deyə qeyd edilib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir