Azərbaycan və Ermənistanın birgə açıqlamasını alqışlayırıq.
Azinformasiya.az xəbər verir ki, bu barədə Avstraiya Xarici İşlər Nazirliyinin “X” hesabında bildirilib.
“Biz Azərbaycan və Ermənistanın münasibətləri normallaşdırmaq və sülh müqaviləsi bağlamaq niyyətləri barədə birgə açıqlamasını alqışlayırıq. Bu, bütün Cənubi Qafqazın sabitliyinə, təhlükəsizliyinə və rifahına təkan olar. Biz Avropa İttifaqı ilə birlikdə bu səyləri dəstəkləməyə hazırıq”, Avstriya XİN bildirib.
Azinformasiya.az