Avropa Parlamenti Ukraynaya 35 milyard avro kredit ayrılmasını təsdiqləyib

Avropa Parlamenti Ukraynaya 35 milyard avro həcmində növbəti kreditin ayrılmasını təsdiqləyib.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə qərarın mətni qurumun saytında yerləşdirilib.

Sənəddə bildirilib ki, vəsait bu ildən etibarən adıçəkilən dövlətin hesabına köçürülməyə başlanacaq və proses 2025-ci ilin sonunadək davam etdiriləcək.

Həmçinin qərarla Ukraynanın üzərinə demokratiya mexanizmlərinə və insan haqlarına hörmətlə yanaşılması, habelə Avropa İttifaqının irəli sürəcəyi digər öhdəliklərin icrası ilə bağlı öhdəliklər qoyulub.

Qeyd edilib ki, vəsaitin aidiyyəti sahələr üzrə bölüşdürülməsi və onun xərclənməsinə ittifaqın müvafiq qurumları nəzarət edəcək.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir