Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borel Ukraynaya səfər edəcək.
Azinformasiya.Az RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə diplomatik mənbədən bildirilib.
J.Borelin səfəri bu həftə baş tutacaq.
Avropa Komissiyasının prezidenti isə Ukraynaya qarşıdakı günlərdə səfər edəcək.
Avropa liderləri Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcəklər.