Avropa Komissiyasının prezidenti: Müdafiə sənayemizi gücləndirməliyik

“Putinin Ukraynaya qarşı başlatdığı təcavüzkar müharibə Avropa İttifaqı üçün oyanma zəngi oldu”.

 

Azinformasiya.az xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula von der Leyen Aİ Şurasının sammitinin yekunlarına dair mətbuat konfransında deyib.

“Biz müdafiə sənayemizi gücləndirməliyik. Putinin Ukraynaya qarşı başlatdığı təcavüzkar müharibə bizim üçün oyanma zəngi oldu. Biz Ukraynaya dəstək verməklə yanaşı öz müdafiə imkanlarımızı gücləndirməliyik”, von der Leyen bildirib.

O qeyd edib ki, yaxın zamanda Aİ yeni müdafiə sənayesi strategiyasını təqdim edəcək.

Avropa Komissiyasının lideri deyib ki, Aİ ölkələri indiyə kimi Ukraynaya 28 milyard avro dəyərində hərbi yardım edib və bu yardım davam edəcək.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir