Avropa Komissiyası: Avropa energetika sahəsində Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verir

Avropa energetika sahəsində Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verir.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Avropa Komissiyasının enerji siyasəti strategiyası və koordinasiyası üzrə direktoru Kristina Lobillo Borrero Bakı Enerji Həftəsi çərçivəsində 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi (“Caspian Oil&Gas”) və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisinin “Caspian Power” açılış mərasimində bildirib.

Kristina Lobillo Borrero Avropa İttifaqının Azərbaycanla bu sahədə əməkdaşlığı davam etdirməkdə maraqlı olduğunu vurğulayıb: “Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen və energetika üzrə komissar Kadri Simpson enerji sahəsində strateji əməkdaşlığımıza böyük əhəmiyyət verir. Azərbaycanın Cənub Qaz Dəhlizi ilə Avropaya ixrac olunan qazı 2021-ci ildə 40 faiz artıb, bu, bizə enerji böhranının pis nəticələrindən yayınmağa kömək edib. Bizim əməkdaşlığımız həm də enerji sahəsində keçidin gücləndirilməsinə yönəlib. Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl dəhliz təşəbbüsünü qeyd etmək istəyirəm. Digər ölkələr də bu təşəbbüsdə iştirakda maraqlıdır. Avropa İttifaqının COP29-un qlobal uğur olması sayəsində dəstəyinə də tam əmin ola bilərsiniz”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir