ATƏT PA-nın Prezidenti Zurabişvili ilə görüşüb

Tbilisidə səfərdə olan ATƏT Parlament Assambleyasının (PA) Prezidenti Pia Kaumanın rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstan Prezidenti Salome Zurabaişvili ilə görüşüb.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Orbeliani sarayında baş tutan görüşdə Gürcüstana namizəd statusunun verilməsinin önəmi, bu məqsədlə ölkədə demokratik proseslərin gücləndirilməsinin vacibliyi qeyd olunub.

Məlumata əsasən, görüş əsnasında regionda sülh və sabitliyin gücləndirilməsinin vacibliyi, eyni zamanda Avropa institutlarının bu sahədəki iştirakının regionda sabitliyin güclndirilməsi baxımından önəmi vurğulanıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir