ATƏT PA-nın bəyanatında Qarabağın Azərbaycan ərazisi olduğu təsdiqlənib

ATƏT Parlament Assambleyasının (PA) Prezidenti Pia Kauma və Cənubi Qafqaz üzrə Xüsusi Nümayəndə Kari Henriksen Azərbaycanın Ermənistanla sülh sazişinin yekunlaşdırılması istiqamətindəki səylərini davam etdirməyə olan sədaqətini təqdir edib.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə ATƏT PA-nın bəyanatında bildirilib. Qeyd olunub ki, bu gün yekunlaşan səfər çərçivəsində Azərbaycanın siyasi rəhbərliyi ilə Ermənistanla hərtərəfli tənzimləməyə nail olunması istiqamətində müzakirə aparılıb. Bəyanatda Qarabağın Azərbaycanın regionu olduğu qeyd edilib.

“Azərbaycana bu gün yekunlaşan səfəri çərçivəsində ATƏT PA prezidenti Pia Kauma (Finlandiya) və Cənubi Qafqaz üzrə xüsusi nümayəndə Kari Henriksen (Norveç) ölkənin siyasi liderliyi ilə sentyabrda Azərbaycan öz Qarabağ regionu üzərində nəzarəti bərpa etməsindən sonra Ermənistanla tam nizamlamaya müvəffəq olunmasına ehtiyac müzakirə edilib. Sülh sazişi və əlaqələrin normallaşmasının irəliyə aparılması üçün konstruktiv iştirak vacibdir”.

Bəyanatda əks olunub ki, Azərbaycanın ATƏT PA-da güclü iştirakı regionda çoxtərəfli diplomatiya və dialoq üçün müsbət işarədir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir