ATƏT Baş katibi Feridun Sinirlioğlu Gürcüstana səfərə gəlib.
Azinformasiya.az Gürcüstan XİN-ə istinadən xəbər verir ki, Sinirlioğlu Gürcüstanın XİN rəhbəri Maka Boçorişvili ilə görüşərək mətbuata birgə açıqlama verəcək.
Baş katibin Gürcüstanın digər dövlət və hökumət nümayəndələri ilə də görüşləri planlaşdırılıb. Sinirlioğlu, eyni zamanda Gürcüstanın işğal xəttinə səfər edərək yerdəki vəziyyətl tanış olacaq.
Azinformasiya.az