“Qarabağda davamlı sülhü təmin etmək üçün daha çox şey etməyə ehtiyac var”.
Azinformasiya.Az xəbər verir ki, bunu Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Parlament Assambleyasının sədri Marqarita Kaderfelt deyib.
“Qarabağ bölgəsində atəşkəsə baxmayaraq, mülki şəxslərin əzablarına son qoymaq üçün davamlı sülhü təmin etmək üçün çox şey etməyə ehtiyac var”, – deyə Kaderfelt qeyd edib.
M. Kaderfelt, həmçinin vurğulayıb ki, Azərbaycan və Ermənistan parlamentləri ilə yaxşı əməkdaşlığa əsaslanaraq, ATƏT PA əvvəl olduğu kimi bu sülh prosesini dəstəkləmək üçün parlamentlərarası dialoqa töhfə verməyə hazırdır.