Astarada avtomobil mopedlə toqquşub.
Azinformasiya.az xəbər verir ki, hadisə rayonun Ərçivan qəsəbəsində baş verib. Astara sakini Eldar Şabanovun idarə etdiyi “Niva” markalı avtomobil rayon sakini 1980-cı il təvəllüdlü Muxtar Rəhimovun idarə etdiyi mopedlə toqquşub. Qəza nəticəsində mopedin sürücüsü və mopeddə olan həyat yoldaşı Bakı sakini 1987-ci il təvəllüdlü Lalə Aslanova xəsarət alıb.
Onlar Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az