Astarada 55 yaşlı qadın qətlə yetirilib, gəlini saxlanılıb

İyulun 29-da gecə saatlarında Astarada intihar etməsi xəbəri yayılan Kakalos kənd sakini, 1970-ci il təvəllüdlü Xalidə Manafovanın qətlə yetirilməsi məlum olub.

 

Azinformasiya.az  xəbər verir ki, rayon hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən müəyyən olunub ki, onun qətlində gəlini, 2004-cü il təvəllüdlü Rufanə İmanova şübhəli bilir.

İlkin ehtimala əsasən, o, ailə münaqişəsi zəminində kəsici alətlə qayınanasını qətlə yetirib.

R.İmanova saxlanılaraq istintaqa təhvil verilib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir