Astarada 51 yaşlı kişi iş başında ölüb

Astarada kişi bədbəxt hadisə nəticəsində ölüb.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Fəhlə işləyən 1974-cü il təvəllüdlü Möhübbət Mirzəhəsən oğlu Gülhəsənovun iş başında halı pisləşib. Ətrafdakıların köməyi ilə o, Astara rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Buna baxmayaraq M.Gülhəsənovun həyatını xilas etmək mümkün olmayıb.

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.

Onun ölümünün dəqiq səbəbləri ekspertizanın verəcəyi rəydən sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir