Astarada 5 yaşlı uşağı maşın vuraraq öldürüb

Astarada azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə Astara rayonunun Qamışoba kəndi ərazisində baş verib. Hərəkətdə olan “VAZ-2106”, 90-EZ-171 dövlət nömrə nişanlı minik avtomobili Cəlilabad rayonunun Çəmənli kənd sakini, 5 yaşlı F.Nəzərovanı vurub. Sürücü özü uşağı Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırmaq istəsə də, azyaşlı yolda keçinib.

Meyit aidiyyəti üzrə təhvil verilib. Hadisəni törədən sürücü özü polisə təslim olub.

Məlumata əsasən, qəza nəticəsində dünyasını dəyişən azyaşlının ailəsi bir ay əvvəl işləmək üçün Cəlilabad rayonundan Astaraya köçüb.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir