Türkmənistanın paytaxtı Aşqabad şəhərində Ermənistan Prezidenti Vaaqn Xaçaturyanla Türkiyə Böyük Millət Məclisinin Sədri Numan Kurtulmuş arasında qısa görüş olub.
Azinformasiya.az “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə V.Xaçaturyan məlumat verib.
“Çox qısa söhbətimiz oldu. Əsasən sülh şəraiti, sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması haqqında danışdıq”, – Ermənistan Prezidenti vurğulayıb.
Azinformasiya.az