Armen Qriqoryan Hindistana işgüzar səfər edəcək

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Hindistana işgüzar səfər edəcək.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.

Avqustun 28-də baş tutacaq səfər çərçivəsində Qriqoryanın Yeni Dehlidə Hindistan Baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ajit Doval ilə danışıqlar aparacağı bildirilib.

Bu, Qriqoryanın Hindistana bir ildən az müddət ərzində ikinci səfəridir. Daha öncə isə o, 2022-ci ilin noyabrında Hindistana səfər edib.

 

Azinformasiya.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir