Armen Qriqoryan: Azərbaycanla sülh Ermənistan üçün prioritetdir

Azərbaycanla sülh və Türkiyə ilə münasibətlərin normallaşması Ermənistan üçün prioritetdir.

 

Azinformasiya.az  Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu bu ölkənin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

O qeyd edib ki, ölkəsi bu istiqamətdəki səylərin tərkib hissəsi olaraq nəqliyyat kommunikasiyalarının açılması üzrə plan hazırlayıb.

Qriqoryanın sözlərinə əsasən, bu addım bölgənin Avropa və Mərkəzi Asiyaya çıxış imkanlarını asanlaşdıracaq.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir