Ankarada Elmadağ səmtində yerləşən raket və partlayıcı maddə istehsalı müəssisəsində partlayış olub.
Azinformasiya.az TRT Haber-ə istinadən xəbər verir ki, bu barədə Ankara valisi Vasip Şahin məlumat verib.
Onun sözlərinə əsasən, hadisə yerli vaxtla saat 08:45-də kimyəvi proses zamanı baş verib və 5 işçi həyatını itirib.
Vali qeyd edib ki, faktla bağlı istintaq başladılıb.
“Dağıntılar altında qalan hər kəs çıxarılıb, xəsarət alan olmayıb” – deyə o bildirib.
Azinformasiya.az