Anar Kərimov mədəniyyət naziri vəzifəsindən azad edilib – SƏRƏNCAM

Anar Kərimov mədəniyyət naziri vəzifəsindən azad edilib.

Azinformasiya.Az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Anar Qabil oğlu Kərimov Azərbaycan Respublikasının mədəniyyət naziri vəzifəsindən azad edilsin”.

Qeyd edək ki, Prezidentin 2020-ci il 20 iyul tarixli sərəncamlarına əsasən Anar Kərimov mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin edilmiş və mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti A.Kərimova verilmişdi. 5 yanvar 2021-ci ildə isə mədəniyyət naziri təyin edilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir