Anar Bağırov növbəti dəfə Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin sədri seçilib.
Azinformasiya.Az-ın xəbərinə görə, bu barədə dekabrın 6-da Bakıda keçirilən Azərbaycan VK üzvlərinin növbəti konfransında elan edilib.
Konfranda A.Bağırov tədbiri açıq elan edib və sonra Dövlət himni və Vəkil Marşı səsləndirilib. Daha sonra Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
V.Kollegiyası Rəyasət Heyətinin sədri A.Bağırov məlumat verərək bildirib ki, konfransda respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən vəkil qurumlarının nümayəndələri və fərdi vəkillər, vətəndaş cəmiyyəti institutları, xarici qonaqlar, habelə KİV nümayəndələri iştirak ediblər.
Çıxış edən A.Bağırov Kollegiyanın son 5 ildəki fəaliyyəti barədə qısa məlumat verib. Sonra VK-nın 2017-2022-ci illərdəki fəaliyyətini özündə əks etdirən hesabat filmi nümayiş olunub.
Daha sonra gündəliyə uyğun olaraq seçkilər keçirilib.
Belə ki, A.Bağırov VK Rəyasət Heyətinin sədri seçilib.
Bu gün Azərbaycan Vəkillər Kollegiyasının (VK) üzvlərinin növbəti konfransı keçirilir.
Azinformasiya.Az-ın xəbərinə görə, Bakıda keçirilən konfransda respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən vəkil qurumlarının nümayəndələri və fərdi vəkillər, vətəndaş cəmiyyəti institutları, xarici qonaqlar, habelə KİV nümayəndələri iştirak edirlər.
Əvvəlcə 2017-2022-ci illər üzrə VK-nın hesabatı dinləniləcək.
Daha sonra gündəliyə uyğun olaraq seçkilər keçiriləcək, VK Rəyasət Heyəti sədri, müavinləri və üzvləri, eyni zamanda Vəkillərin İntizam Komissiyasının sədri və tərkibi seçiləcək.
Qeyd edək ki, hazırda VK Rəyasət Heyətinin sədri Anar Bağırovdur.