Bərdədə bir ailənin iki üzvü dəm qazından boğularaq ölüb.
Azinformasiya.Az-ın məlumatına görə, hadisə rayonun H.Əliyev prospektində baş verib.
Belə ki, Yevlax rayon sakini, 1995-ci il təvvəlüdlü Yusifova Ayşən Eldəniz qızı və övladı 2019-cu il təvvəlüdlü Əliyev Tunar Vüsal oğlu Bərdə rayonunda yaşadıqları evdə dəm qazından boğularaq ölüblər.
Onların meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.