Azərbaycanda narkotik asılılığın patogenezinə əsaslanan yeni müalicə üsullarının işlənilməsi üzrə tədqiqatlar aparılacaq.
Azinformasiya.Az xəbər verir ki, bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2021-ci il üçün İş Planında öz əksini tapıb.
Bununla bağlı il ərzində tədqiqat işlərinin aparılması Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) tapşırılıb.