Almaniyanın xarici işlər naziri Analena Berbok sabah Gürcüstana səfər edəcək.
Azinformasiya.az xəbər verir ki, bu haqda Almaniyanın Gürcüstandakı səfirliyi məlumat yayıb.
Berbokun martın 24-dək davam edəcək səfəri çərçivəsində Gürcüstan Prezidenti Salome Zurabişvili, Baş nazir İrakli Qaribaşvili və xarici işlər naziri İliya Darçiaşvili ilə görüşlər keçirəcəyi, həmçinin Gürcüstanın vətəndaş cəmiyyəti və müxalifət nümayəndələri ilə görüşlərinin planlaşdırıldığı qeyd olunub.
Səfərin məqsədinin ölkələr arasında sıx və birbaşa əlaqələr yaratmaq, Gürcüstanın Avropa perspektivi üçün əməkdaşlığı dərinləşdirmək olduğu məlumatda öz əksini tapıb.
Azinformasiya.az