Almaniyanın müdafiə naziri Boris Pistorius Kosovada səfərdədir.
Azinformasiya.az xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyinin “X” hesabında paylaşım edilib.
Hava limanında müdafiə nazirini Almaniyanın Kosovadakı səfiri qarşılayıb.
“Mürəkkəb şərtlər altında gənc Kosovo öz suverenliyini və ərazi bütövlüyünü təsdiq etməlidir. ABŞ-dan sonra Kosovonun ən böyük dəstəkçilərindən – həm mülki, həm də hərbi sahədə – biri Almaniyadır”, Müdafiə Nazirliyinin paylaşımında əks olunub.
Azinformasiya.az