Almaniyada 57 yaşlı kişi hava limanında avtomobili piyadaların üzərinə sürüb.
Azinformasiya.az Almaniya mətbuatına istinadən xəbər verir ki, insident Köln Bonn hava limanında baş verib.
Polis bildirib ki, bir nəfər (kişi) icarəyə götürdüyü avtomobili Köln Bonn Hava Limanında dayanacaqda piyadaların üzərinə sürüb.
“Sürücü beş-altı nəfəri yaralayıb və bir neçə avtomobillə toqquşub. Onun psixi sağlamlıq problemləri olduğu ilə bağlı əlamətlər var. Çox güman, o, qəsdən bir neçə avtomobili və piyadanı vurub”, polis sözçüsü qeyd edib.
Sözügedən 57 yaşlı şəxsin həbs zamanı müqavimət göstərərkən iki polis əməkdaşını da yaraladığı polis sözçüsü tərəfindən bildirilib.
“Həmin şəxs xəstəxanaya aparılıb və orada onun psixoloji analizləri aparılır”, polisin məlumatında əks olunub.
Azinformasiya.az