Almaniya XİN başçısı: Rusiyanın hibrid hücumlarına cavab verilməlidir

Mülki infrastrukturumuza Rusiya tərəfindən edilən kiberhücumlar, dron həmlələri və logistik mərkəzlərimizin hədəfə alınması adekvat cavab tələb edir.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohann Vadeful Berlində NATO-nun Baş katibi Mark Rutte ilə birgə iştirak etdiyi panel müzakirəsində deyib.

O, ölkəsinin Ukraynaya dəstəyinin davam edəcəyini bildirib və Almaniyanın NATO blokunun güclənməsi üçün gördüyü işlər barədə məlumat verib.

Almaniyanın ali diplomatı Rusiyanın Avropanı hədəfə alan hibrid hücumlarına lazımi cavab verilməsinin əhəmiyyətinə diqqət çəkib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir