Almaniyanın xarici işlər naziri Annalena Berbok İsraildə səfərdədir.
Azinformasiya.az xəbər verir ki, bu barədə Almaniyanın İsraildəki səfiri “X” hesabında bildirib.
“Oktyabrın 7-dən bəri beşinci dəfə xarici işlər naziri Annalena Berbok HAMAS-a qarşı müharibənin perspektivləri, Qəzzada aktual humanitar vəziyyət və İsrail-Fələstin münaqişəsində gələcək irəliləyiş üçün üfüqlər barədə danışıqlar aparmaq üçün İsrailə gəlib”, – o paylaşımında bildirib.
Azinformasiya.az